Dağlarda adamyeyənlər, xilaskar çoban, bu kitabı oxumayın - TARİX
23 dekabr 2021 19:00 (UTC +04:00)

Dağlarda adamyeyənlər, xilaskar çoban, bu kitabı oxumayın - TARİX

49 il bundan əvvəl dünya bir “And möcüzəsi”nə şahidlik etdi. Dağlara çırpılmış təyyarədən sağ çıxan iki nəfər 72 gündən sonra adi bir çobanın köməkliyi ilə xilas olmuşdular. Daha sonra isə...

İnanılmaz idi. Yerə 4 min metr hündürlükdən çırpılmışdı o təyyarə. 13 oktyabr 1972-ci ildə heyətində Uruqvayın reqbi üzrə “Old Christians” komandası Fairchild FH-227D təyyarəsində Montevideo-Mendosa-Santyaqo marşrutu ilə Çili paytaxtına uçurdu. Təyyarədə beşi ekipaj üzvü olmaqla daha 40 nəfər vardı.

Onlar idmançılar, həmçinin onların qohumları və sponsorları idi. Təyyarə Santyqoya çataçatda idarəetmə itir və Tinquiririka vulkanın olduğu dağa çırpılır. Təyyarədəki 45 nəfərdən 12-i hadisə anında, 5 nəfər isə növbəti gün ölür. Yerdə qalan 28 nəfər isə 35 dərəcə şaxta, aclıq və dərmansız qalmışdı.

Ətraf aləmlə əlaqə tam kəsilmişdi. Ən dəhşətli xəbər isə hələ batareyaları tam sıradan çıxmamış radiodan verilən xəbərlərdən gəldi. Xəbərdə deyilirdi ki, artıq axtarışlar dayandırılıb və təyyarədə olanların hamısı ölmüş hesab edilir. 

Bu xəbərdən şok keçirən  14 nəfərdə dözə bilmir, ürəkləri partlayır. Hə, vəziyyət nəzarətdən çıxmışdı. Soyuq, aclıq bu insanlara heç bir şans qoymamışdı. Ölüm onların bir addımlığına gəlib çıxmışdı. Onlar ərazini tərk edib üzü qərbə tərəf getmək istəyirdilər. Artıq heç bir köməyin gəlməyəcəyini başa düşdükdə onlar öz güclərinə xilas olmağı qərara aldılar. Sağ qalanlardan yalnız Fernando Parrado, Roberto Kanessa, Numa Turkatti və Antonio Visinti hərəkət etmək iqtidarındaydı. Amma 18 yaşlı Kanessa heç hara getməyərək qışın bitməsini təklif etdi. Onun təklifi rədd edildi. 

Ərazidən uzaqlaşdıqdan sonra ilk möcüzə baş verdi. Onlar qəzaya uğramış təyyarənin kilometrlə məsafədə kənara atılmış yüklərini aşkar etdilər. Yüklər arasında azca şokolad, siqaret, təmiz paltar tapdılar. Bundan başqa tapıntılar arasında enerji ilə dolu akkumlyatorlar da var idi. Onlar bu akkumlyatorlar vasitəsilə ratsiyanı işlətməyə çalışsalar da bir nəticə vermir və onların tək xilas yolu yenidən hərəkət etmək idi.

Onlar qarşıdakı günlərdə yemək üçün insan əti götürmək qərarına gəldilər. Çünki peçenye və şokolad bitmişdi. Düz fikirləşdiniz, həlak olmuş idmançı dostalzrının meyitlərini parçalayıb onların ətini doğrayıb torbalar yığdılar. 
 Sonradan bu şəxsləri “zorən kannibal” adlandırmışdılar.

Dekabrın 12-də ət də qurtardı. Parrado və Kanessa Visintindən ehtiyat insan əti götürmək üçün onu geri qaytardılar. Özləri isə yola davam edib qarşıdakı dərədə onu gözləyəcəklərini bildirdilər. Nəhayət, 11 gün sonra, yəni dekabrın 23-də 55 km yol getdikdən sonra onlar bir dağ çayına çatdılar. Çayın kənarında çilili çoban Serxio Katalana rast gəldilər. Çoban hökumət qüvvələrinə xəbər verdi. Bir neçə helikopter dərhal sağ qalanları xilas etmək üçün qəza yerinə uçdu. Amma gec idi. Çox az adamı xilas etmək mümkün olmuşdu. 

Bu hadisə sonralar “And dağlarında möcüzə” adını aldı. Fernando Parrado yazıçı Pirs Pol Rid ilə bu reys barədə xatirələrini kitab halında nəşr etdirdi. Kitab bestsellerə çevrildi. 1993-cü ildə isə baş verənlər haqda “Sağ qalanlar” adlı film çəkildi. Bu kitab haqqında sonralar belə deyəcəkdilər: "“And dağlarında möcüzə”ni yalnız bir dəfə cəsarət tapıb oxumaq olar. İkinci dəfə əsəbləriniiz dözməz. Ən yaxşısı isə oxumayın".

Amma ən maraqlısı 13 oktyabr 2007-ci  ildə,  hadisənin baş verməsindən 35 il sonra baş verdi. Montevideoda “Old Cristians” və Çili yığması arasında yoldaşlıq görüşü keçirdi. Topu oyuna ilk daxil edən isə bilirsinizmi kim idi?  OnNları xilas edən çoban -  Serxio Katalan.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3990
avatar

Səbuhi Sədəf

Oxşar yazılar