Dağıstanın rəhbəri Sergey Melikov dövlət orqanlarının rəhbərləri, deputatları və ictimai fəallarla görüşündə Mahaçqala hava limanında iğtişaşların iştirakçılarını sərt şəkildə tənqid edib.
Lent.az yerli KİV-ə istinadən xəbər verir ki, Melikov iğtişaşçıları “yazıq, vəhşi qorxaq” adlandırıb. Dağıstan rəhbərinin sözlərinə görə, iğtişaşçılarda cəsarət yoxdur.
“Çünki sən kütlənin içində cəsarətlisən, arvadları qabağa verdiyin üçün, izdihamın içində gizləndiyinə və üzünü göstərmədiyinə görə ürəklənirsən. Sən kimsən? Sən necə kişisən, necə qafqazlısan? Siz necə dağıstanlısınız?” - Məlikov israrla soruşub.