Braziliyada nəsli kəsilmiş qəbilənin son nümayəndəsi ölü tapılıb.
Lent.az bu barədə Braziliyanın FUNAİ fonduna istinadən xəbər verir.
Onun meyiti yaşadığı komada tapılıb.Üzərində hər hansı bir zorakılıq nişanəsi aşkarlanmayıb.
Ölən hindunun digər qəbilədaşları 1980-1990-cı illərdə ranço sahibləri və meşəqıranlar tərəfindən qətlə yetirilib. O öz qəbiləsinin son nümayəndəsi idi və sivilizasiyadan heç kimlə əlaqə saxlamaq istəmirdi. Adına “çuxurdan çıxan adam”, "çuxurqazan" deyilməsinin səbəbi isə yaşamaq üçün özünə çox sayda çuxur qazması idi. Bu çuxurlarda o itiuclu nizələr saxlayırdı.