London Ukrayna ətrafındakı vəziyyətlə əlaqədar Estoniyadakı hərbi kontingentinin sayını iki dəfə artırmaq və müdafiə silahlarının ötürülməsi imkanlarını nəzərdən keçirir.
APA xəbər verir ki, bu barədə Böyük Britaniyanın Baş naziri Boris Consonun mətbuat xidməti məlumat yayıb.
“Baş nazir NATO-dan mümkün olan maksimum yardımı nəzərdən keçirir və müttəfiqlərini qorumaq üçün Böyük Britaniya ordusunu gücləndirmək niyyətindədir.
Böyük Britaniya qoşun sayını iki dəfə artırmaq və Estoniyaya müdafiə silahları göndərməyi düşünür. NATO müttəfiqlərini qorumaq üçün təyyarələr, döyüş gəmiləri və hərbi ekspertlər göndərilə bilər”, məlumatda bildirilib.
Həmçinin, qeyd olunub ki, Britaniya nümayəndələri gələn həftə Brüsseldə NATO nümayəndələri ilə təklifin yekun detallarını razılaşdıracaq, nazirlər bazar ertəsi hərbi variantları müzakirə edəcəklər.
“Bu paket Kremlə aydın mesaj verəcək ki, biz sabitliyi pozan fəaliyyətə dözməyəcəyik və Rusiyanın düşmənçilik fəaliyyəti qarşısında həmişə NATO müttəfiqlərimizin yanında olacağıq.
Mən NATO müttəfiqlərimizi quruda, dənizdə və havada dəstəkləyə bilməyimiz üçün gələn həftə heyət və texnikanın Avropaya köçürülməsinə hazırlaşmağı tapşırmışam”, - mətbuat xidməti Baris Consondan sitat gətirib.