Rusiyanın Həştərxan vilayətində 11 yaşlı oğlan uşağı oyun meydançasında oynayarkən beton plitə onun üstünə aşıb.
APA RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin Həştərxan vilayəti üzrə Leninski rayonundakı idarəsi məlumat yayıb.
Hadisə avqustun 5-i axşam saatlarında Yabloçkova küçəsində yerləşən binalardan birinin həyətindəki oyun meydançasında baş verib. Uşaq beton plitəyə bərkidilmiş nərdivanla qalxarkən istinad divarı onun üzərinə aşıb.
Azyaşlı aldığı xəsarətlərdən yerindəcə dünyasını dəyişib.