Saç ölçüsündə batareya "ağıllı" saatı 2 il müddətində enerji ilə təchiz edə bilər.
Lent.az "ictnews"a istinadən xəbər verir ki, tədqiqatçılar onu ürək döyüntülərinin tezliyini ölçən tibbi qurğulara tətbiq etməyi planlaşdırırlar.
Avstraliyanın Monaşa Universitetinin tədqiqatçılar komandası tərəfindən təqdim edilmiş olduqca yüngül olan elastik günəş elementi 2 il müddətində "ağıllı" saatı enerji ilə təchiz edə bilər.
Universitetin materialşünaslıq və mühəndislik bölməsinin aparıcı elmi işçisi doktor Vençao Xuanqın sözlərinə görə, bu, yüngül və elastik günəş elementidir. İstənilən qurğuda tətbiq edilə bilər, amma ən yaxşı "ağıllı" saatda işləyir.
Sınaqlar vaxtı tədqiqatçılar müşahidə ediblər ki, 4700 saatlıq işləmə müddətindən sonra qurğunun şarjı 4,8% azalır. Yenilik 20 min saat ərzində qurğunu enerji ilə təchiz edə bilər. Bu isə o deməkdir ki, "ağıllı" saat ona quraşdırılacaq yeni batareyadan sonra 2 il müddətində fasiləsiz işləyəcək.