30 ilin ƏN PİS GÜNÜ:  Dünyanın varlı adamları bir gündə 78 milyard dollar itirdi
13 mart 2020 12:11 (UTC +04:00)

30 ilin ƏN PİS GÜNÜ: Dünyanın varlı adamları bir gündə 78 milyard dollar itirdi

Dünyanın 20 ən varlı milyarderinin ümumi sərvəti bir gündə 78 milyard azalıb. 

Lent.az xarici mediaya istinadla bildirir ki, martın 12-si ABŞ-ın və Avropanın fond bazarları üçün investorların çaxnaşmaya düşüb qaçmasaı səbəbindən ən pis gün olub. 

Buna görə dünyanın ən varlı adamlarının ümumi varidatı bir gündə 78 milyard dollardan çox azalıb. 

Məlumata görə, kapitalı daha çoz azalan dünyanın ən varlı adamı Ceff Bezosdur. 

Beləliklə, “Forbes”in hesablamasına görə, dünən ən çox zərər çəkən milyarderlər bunlardır:

“Amazon”un qurucusu və rəhbəri Ceff Bezos: 8 milyard dollar,  sərvəti – 104,4 milyard dollar;
“Louis Vuitton” və “Dior”un sahibi Bernar Arno: 7,7 milyard dollar, sərvəti – 82,5 milyard dollar;
 
“Facebook”un qurucusu və baş direktoru Mark Tsukerberq: 5,7 milyard dollar, sərvəti – 57,4 milyard dollar:

* “Oracie”nin təsisçisi Larri Elosin: 5,6 milyard dollar, sərvəti 99, 2 milyard dollar;

* “Microsoft”un həmtəsisçisi Bill Qeyts: 5,3 milyard dollar, sərvəti – 99,2 milyard dollar;

* İnvestor Uorren Baffet: 5,2 milyard dollar, sərvəti 71,5 milyard dollar;

* “Zara” və “Massimo”nun sahibi Amasio Orteqa: 5,2 milyard dollar, sərvəti – 58,1 milyard dollar;

* “Microsoft”un keçmiş rəhbəri: 4,3 milyard dollar, sərvəti 52,3 milyard dollar;

* “Google”nin təmtəsisçisi Larri Peyc: 4 milyard dollar, sərvəti – 51,7 milyard dollar;

* “Google”nin həmtəsisçisi Sergey Brin: 3,8 milyard dollar, sərvəti – 49, 8 milyard dollar. 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3512
avatar

Oxşar yazılar