Çin şarlarla bir neçə ölkə barəsində informasiya yığıb.
Lent.az-ın xarici KİV-ə istinadən məlumatına görə, bu barədə ABŞ kəşfiyyatı məlumat yayıb.
Məlumata görə, casus şarlar Çinin Xaynan vilayətindən hərəkət edərək Yaponiya, Hindistan, Vyetnam, Tayvan, Filippin və ABŞ kimi ölkələrin hərbi obyektləri barədə informasiya toplayıb.
ABŞ kəşfiyyatı onu da bildirib ki, Çinin həmin casus şarları yerdən 20 kilometr hündürlükdə hərəkət edirmiş. Bu hündürlükdə olan obyekti isə hərbi hava qüvvələri tuta bilməyib.