Çinin Şandun əyalətində 5,5 bal gücündə zəlzələ baş verib.
Lent.az-ın SİNXUA agentliyinə istinadla xəbəinə görə, yeraltı təkanlar 130-dan çox binanın dağılmasına və 30-dək sakinin xəsarət almasına səbəb olub. Ərazidə elektrik təchizatı ilə bağlı ciddi problem yoxdur.