Çinin cənub-qərbində üç nəfər “H5N6” quş qripi virusuna yoluxub.
APA-nın məlumatına görə, bu barədə Honqkonq Səhiyyə Departamenti məlumat yayıb.
Bildirilib ki, yoluxanlardan biri – Syuanxan əyalətinin Xuanhanq şəhər sakini, 51 yaşlı qadın xəstəxanada dünyasını dəyişib.
Onun quş ətindən yoluxduğu bildirilir. Qadında iyunun 25-də quş qripinin simptomları aşkar edilib, iyulun 3-də xəstəxanaya yerləşdirilsə də, həyatını xilas etmək mümkün olmayıb.