Uruqvay polisi və donanması kiçik kurort şəhəri San Antonio yaxınlığındakı çimərlikdə 1,3 ton kokain tapıb.
Lent.az xəbər verir ki, bu barədə çərşənbə günü "El Observador" qəzeti məlumat yayıb.
Aşmış qayıqda ümumi çəkisi təxminən bir ton olan 40 kisə kokain olub. Daha sonra hüquq-mühafizə orqanlarının əməkdaşları eyni yerdə daha 15 kisə narkotik aşkar ediblər.
Qayığın kimə məxsus olduğu məlum deyil.