Çexiyada kişi binaya hücum edərək 6 sakini bıçaqlayıb
12 oktyabr 2021 06:13 (UTC +04:00)

Çexiyada kişi binaya hücum edərək 6 sakini bıçaqlayıb

0

Çexiyanın cənub-şərqində yerləşən Tişnov şəhərində bıçaqla silahlanmış kişi yaşayış  binasına hücum edərək altı nəfərə müxtəlif dərəcələrdə xəsarət yetirib.

APA-nın məlumatına görə, bu barədə polis sözçüsü David Haloupka jurnalistlərə açıqlamasında bildirib.

“Xəsarət alanlar Brno şəhərindəki xəstəxanaya çatdırılıb. Onlardan beşinin vəziyyəti ağırdır”, deyə Haloupka vurğulayıb.

O, əlavə edib ki, artıq cinayətkar polis tərəfindən saxlanılıb. İstintaq qrupu hadisə yerinə cəlb edilib.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 882

Oxşar yazılar