Cənubi Koreyada leysan nəticəsində ölənlərin sayı 39-a çatdı-YENİLƏNİB
17 iyul 2023 05:08 (UTC +04:00)

Cənubi Koreyada leysan nəticəsində ölənlərin sayı 39-a çatdı-YENİLƏNİB

Cənubi Koreyada leysan yağışların səbəb olduğu torpaq sürüşmələri və daşqınlar nəticəsində ölənlərin sayı 39-a çatıb. 

Lent.az xəbər verir ki, bu barədə Yonhap xəbər agentliyi məlumat yayıb. 9 nəfər itkin düşmüş hesab olunur.  

***

21.24

Koreya Respublikasında son bir həftə ərzində güclü yağışlar nəticəsində ölənlərin sayı 33-ə çatıb, daha 10 nəfər itkin düşüb.

Lent.az xəbər verir ki, Fəlakətlərin İdarə Edilməsi və Milli Təhlükəsizlik üzrə Mərkəzi Qərargahın məlumatına görə, ölkənin cənub-şərqindəki Kyonsanqbukdo və mərkəzi Çunçonqdo əyalətində 33 nəfərin meyiti tapılıb.

Son bir həftə ərzində ümumi yağıntının 500 mm-i keçdiyi əyalətlərdə növbəti leysan xəbərdarlığı edilib.

10 nəfər hələ də itkin sayılır, onlardan doqquzu Kyonsanqbukdo əyalətindədir.

Osonq şəhərində su basmış tuneldə avtomobillərdən 7 cəsəd çıxarılıb.

13 əyalətdən 8 minədək sakin təxliyə edilib.  
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3339
avatar

Oxşar yazılar