“Caribbean Princess” gəmisində 100-dən çox insan  norovirusa yoluxdu
10 may 2026 06:40 (UTC +04:00)

“Caribbean Princess” gəmisində 100-dən çox insan norovirusa yoluxdu

0

Mayın 7-də Atlantik okeanında üzən “Caribbean Princess” kruiz gəmisində mədə-bağırsaq xəstəliklərinin yayılması qeydə alıb.

APA xəbər verir ki, bu barədə ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi (CDC) məlumat yayıb.

Məlumata görə, gəmidə ekipaj üzvləri də daxil olmaqla 3,1 mindən çox insan var. Onlardan 115 nəfərdə ishal və qusma simptomları müşahidə olunub.

CDC bildirib ki, gəmi heyəti xəstələrdən analiz nümunələri götürür, yoluxan şəxsləri izolyasiya edir və gəmidə gücləndirilmiş dezinfeksiya işləri aparır.

Qeyd olunub ki, gəmi təyinat məntəqəsinə çatdıqdan sonra növbəti reysdən əvvəl tam sanitar emaldan keçiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1134

Oxşar yazılar