Fransanın Lyon-Sent Etyen dəmiryolu xəttindəki vağzallardan birində reyd zamanı polislər maraqlı halla qarşılaşıblar.
Lent.az-ın xəbərinə görə, onlar üzərində telefon və sənəd olmayan 2 qadından şübhələniblər. Qadınların üzərini axtaran zaman onların büstqalterlərində vintburan gizlətdikləri məlum olub.
Polis idarəsinə gətirilən qadınların Fransada qanunsuz yaşayan Ermənistan vətəndaşları olduğu üzə çıxıb. Məlum olub ki, qadınlar uzun müddətdir oğurluğa görə axtarışdadır.