“Austrian Airlines” şirkəti bazar günündən etibarən Ukraynanın Kiyev və Odessa şəhərlərinə uçuşları fevralın sonunadək dayandırır.
Lent.az-ın xəbərinə görə, aviadaşıyıcı bildirib ki, bu qərar ölkədəki vəziyyəti təhlil etdikdən sonra alınıb. Vətənə qayıtmaq istəyənlərin çoxluğunu nəzərə alaraq sabah xüsusi reys həyata keçiriləcək.
Avstriya mediası bildirir ki, şirkət Lvova uçuşları davam etdirəcək. bu şəhərə həftədə 3 reys həyata keçiriləcək.