Sankt-Peterburqda sərnişin avtobusu yanıb.
Lent.az xəbər verir ki, hadisə Koroleva küçəsində baş verib.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, avtobusun mühərrik hissəsi yanıb. Söndürmə işlərinə 2 xüsusi texnika və 10 canlı qüvvə cəlb olunub.
Kadrlarda avtobusun piyada keçidindən necə hərəkət etdiyi, sonra isə qəfil tüstüyə çevrildiyi görünür.