Kanadanın aşb naziri Castin Trüdo koronavirusa yoluxub.
Lent.az xəbər verir ki, bu barədə hökumət başçısı Tvitterdə məlumat verib.
“Mənim COVID-19 testimin nəticəsi pozitivdir. Lakin özümü yaxşı hiss edirəm. Səhiyyə Nazirliyinin tövsiyəsinə uyğun şəkildə peyvənd olunmuşam” – Trüdo bildirib.
Qeyd edək ki, Trüdo bazar günü Los-Ancelesdə keçirilən Amerika zirvə görüşündən qayıdıb.