Bu ölkəni meşə yanğını bürüdü, 31 mindən çox insan təxliyə olundu - FOTO
19 iyul 2022 03:01 (UTC +04:00)

Bu ölkəni meşə yanğını bürüdü, 31 mindən çox insan təxliyə olundu - FOTO

0

Fransada meşə yanğını səbəbindən təxliyə edilənlərin sayı 31100 nəfərə yüksəlib.

Lent.az BFMTV-ə istinadən xəbər verir ki, 15 regionda yanğınla əlaqədar qırmızı - fövqəladə təhlükə səviyyəsi elan olunub.

Yanğının yayılması ilə əlaqədar Arakaşon şəhərindəki Zooparkda bütün heyvanların təxliyə ediləcəyi açıqlanıb.

Fransanın cənub-qərbindəki Jirondada 7 gündür davam edən yanğınla əlaqədar daha 14900 insan təxliyə edilib.

Havanın temperaturunun 44 dərəcəyə çatdığı bölgədə qurudan və havadan yanğınsöndürmə işləri davam edir.

Hadisə yerində 1700 yanğınsöndürən alovla mübarizə aparır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1795

Oxşar yazılar