Avqustun 7-də Portuqaliyada havanın hərarəti 46,4°C-ə çatıb.
Lent.az xarici mediaya istinadən bildirir ki, Santarem şəhərindəki meteoroloji stansiyanın məlumatları avqustun 6-da Mertola şəhərində qeydə alınan 43,6°C temperatur rekordunu göstərir.
Son günlər Şimali Afrikadan ölkəyə isti hava kütlələri daxil olub və 40°C-dən yuxarı istilik dalğalarına səbəb olub.
Bu da yanğınların sayını artırıb.