Polşa Prokurorluğu Rusiya Federasiyası səfirliyinin hesablarından pulları çıxarıb.
Lent.az-ın məlumatına görə, bunu diplomatik missiyanın rəhbəri Sergey Andreyev deyib.
“Biz prokurorluqdan bildiriş aldıq ki, səfirliyin və “Santander” bankındakı ticarət nümayəndəliyinin hesablarından pullar prokurorluğun hesablarına köçürülüb”.
Diplomat əlavə edib ki, daha sonra “Santander” səfirliklə əməkdaşlığa son qoyulması və hesabların bağlanması barədə məlumat verib. Onun sözlərinə görə, söhbət dollarda və Polşa zlotısında saxlanılan “əhəmiyyətli vəsaitlərdən” gedir.
Rusiyanın Varşavadakı səfirliyinin hesabları 2022-ci ilin martında Polşa tərəfindən dondurulub.