Bu ölkədə ölümə yardımla bağlı referendum tələbi rədd edildi
16 fevral 2022 05:27 (UTC +04:00)

Bu ölkədə ölümə yardımla bağlı referendum tələbi rədd edildi

İtaliyanın Konstitusiya məhkəməsi evtanaziya ilə bağlı referendum tələbini rədd edib.

Lent.az-ın xəbərinə görə, evtanaziya tərəfdarları ölümə yardımın qanuniləşdirilməsi üçün 750 000 imza toplayaraq referendum keçirilməsi tələbi ilə məhkəməyə müraciət ediblər. 

Məhkəmənin qərarında göstərilir ki, insan həyatının ən minimal həddə belə qorunması zəruridir.

Qərar elan edildikdən sonra 5 Ulduz partiyası və hökumət koalisiyası məsələnin mədəni yolla həlli üçün parlamentə müraciət edib.

Qeyd edək ki, İtaliya qanunvericiliyi evtanaziya və ya ölümün tezləşdirilməsinə yardımı qadağan edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1194
avatar

Oxşar yazılar