Rusiyada meşə yanğınlarının ümumi sahəsi sutkada 17 min hektardan çox artıb.
Lent.az xəbər verir ki, bunu Federal Aviasiya Meşə Mühafizə Xidmətinin mətbuat xidməti bildirib.
“Region meşə təsərrüfatı dispetçer xidmətlərinin məlumatına görə, avqustun 20-də ötən sutka ərzində 265 hektar sahədə 52 meşə yanğını söndürülüb. Aktiv yanğın sahəsində - 102 883 hektar ərazidə 90 yanğın ocağı söndürülü”,- deyə məlumatda bildirilir.
Ən böyük ərazilər 80,889 hektar ərazidə yeddi yanğının söndürüldüyü Yakutiyada qeydə alınıb. Ryazan vilayətində (7470 ha), Komi Respublikasında (6741 ha) və Nijqorod vilayətində (5200 ha) geniş ərazilərdə yanğınların söndürülməsi davam etdirilir.