İvan Duke
19 iyun 2022 09:32 (UTC +04:00)

İvan Duke

Bu ölkədə məhkəmə Prezident tanımır...

Kolumbiyanın Maqdalena departamentinin Ali Məhkəməsi ölkə Prezidenti İvan Dukeyə iki günlük ev həbsi cəzası verilməsi barədə qərar qəbul edib.

Lent.az-ın “El Tiempo” qəzetinə istinadən verdiyi xəbərə görə, Ali Məhkəmə İvan Dukeni məhkəmə qərarını yerinə yetirmədiyi üçün ev həbsinə məhkum edib.

Söhbət məhkəmənin Kolumbiyanın şimalında yerləşən Santa-Marta şəhərinin 500 illiyinə həsr edilmiş tədbirlər planının hazırlanması və həyata keçirilməsi barədə qərarından gedir. Kolumbiyanın dövlət başçısı 2020-ci ildən indiyə qədər məhkəmənin bu qərarını icra etməyib.

İki günlük ev həbsinə məhkum edilən Prezident həm də cərimələnib. Ancaq Prezident toxunulmazlıq hüququna malik olduğu üçün məhkəmənin qərarı icra olunmaya bilər. Çünki dövlət başçısının inzibati və cinayət məsuliyyətinə cəlb edilməsi barədə qərarı ancaq parlament qəbul etməlidir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2631
avatar

Oxşar yazılar