Bu ölkədə koronavirus peyvəndindən imtina edənlər cəzalandırılacaq
18 dekabr 2020 09:55 (UTC +04:00)

Bu ölkədə koronavirus peyvəndindən imtina edənlər cəzalandırılacaq

0

Braziliyada Federal Ali Məhkəmə qanunun tətbiqindən sonra COVID-19-a qarşı peyvənddən imtina edən vətəndaşların cəzalandırılmasına icazə verib.

Lent.az-ın xarici KİV-ə istinadla verdiyi xəbərə görə, məhkəmə qeyd edib ki, hökumət bu cür vətəndaşların müəyyən yerlərə getməsini və ya müəyyən fəaliyyət göstərməsini qadağan edə bilər.

Məhkəmə ayrıca məcburi peyvəndləmə qərarının ölkənin konstitusiyasına zidd olacağını, bununla birlikdə koronavirusa qarşı peyvənddən imtina edən vətəndaşlara məhdudiyyət qoyulmasına imkan verildiyini bildirib.

Yeri gəlmişkən, hazırda Braziliya koronavirusa yoluxanların sayına görə dünyada üçüncü yerdədir. Pandemiyanın bütün dövründə ölkədə 7 milyondan çox koronavirus hadisəsi qeydə alınıb.

6,24 milyon insan müalicə edilib. Bununla birlikdə, 184.000 nəfər koronavirus infeksiyasının yaratdığı fəsadlardan ölüb.

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 984

Oxşar yazılar