Filippin sahillərində 5,4 bal gücündə zəlzələ qeydə alınıb.
Lent.az xəbər veirir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Ttəbii fəlakətin episentri 115 min insanın yaşadığı Tuqeqarao şəhərindən 64 km şərqdə yerləşib.
Zəlzələ ocağı yerin 40 km dərinliyində olub.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.