Yeni Zelandiyanın Şimal adasının sahillərində 5,4 bal gücündə zəlzələ qeydə alınıb.
Lent.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Zəlzələnin episentri 101 min nəfər əhalisi olan “Lower Hutt” şəhərindən 185 km şimal-şərqdə yerləşib.
Zəlzələ ocağı yerin yerin 15 km dərinliyində yerləşib.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.