İndoneziya sahillərində - Molukkas dənizində 5,7 bal gücündə zəlzələ qeydə alınıb.
Lent.az xəbər verir ki, bu barədə Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Yeraltı təkanların episentri təxminən 451 min nəfər əhalisi olan Manado şəhərindən 165 km şimal-şərqdə yerləşib.
Zəlzələ yerin 49 kilometr dərinliyində baş verib.
Tələfat və sunami təhlükəsi barədə məlumat verilməyib.