Şərqi Timurda 6.1 bal gücündə zəlzələ baş verib.
Lent.az-ın xəbərinə görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Zəlzələnin episentri paytaxt Dilidən 321 kilometr şimal-şərqdə yerin 120 kilometr dərinliyində baş verib.
Sunami təhlükəsi barədə məlumat yoxdur.