Bu ölkədə dözülməz istilərdən 237 nəfər öldü
16 iyul 2022 18:18 (UTC +04:00)

Bu ölkədə dözülməz istilərdən 237 nəfər öldü

0

İspaniyada hava temperaturunun 45 dərəcəyə çatması nəticəsində 237 nəfər dünyasını dəyişib. 

Lent.az xəbər verir ki, bununla bağlı ölkənin Səhiyyə Nazirliyinin tabeliyində olan III Karlos Sağlamlıq İnstitutu məlumat yayıb. 

Bildirilib ki, ölüm halları iyulun 10-dan iyulun 14-dək müddətdə baş verib.

İspaniya Dövlət Meteorologiya İdarəsi əksər bölgələrdə temperaturun yenidən 45 dərəcəyə çata biləcəyi barədə xəbərdarlıq edib.

Xatırladaq ki, Böyük Britaniyada ilk dəfə olaraq həddindən artıq istilərə görə fövqəladə vəziyyət elan edilib. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2086

Oxşar yazılar