Bu ölkədə 21-ci əsrdə 148 jurnalist öldürülüb
27 yanvar 2022 07:12 (UTC +04:00)

Bu ölkədə 21-ci əsrdə 148 jurnalist öldürülüb

Meksikada son 2 həftədə 3 jurnalistin qətlə yetirilməsi etirazlara səbəb olub. 

Lent.az-ın xəbərinə görə, media nümayəndələri iş yerlərinin qarşısında  toplanaraq son hadisələrə etirazlarını bildiriblər. Jurnalist Ludr Maldonado yanvarın 23-də Tixuana şəhərində evinin yaxınlığında avtomobilində olarkən silahlı şəxslər tərəfindən güllələnib. Yanvarın 17-də isə fotomüxbir Marqarito Martinez Ezqivel yenə eyni şəhərdə qətlə yetirilib. Verakruz ştatında itkin düşən jurnalist Luis Qamboa Arenasın isə bıçaqlanaraq öldürüldüyü məlum olub. Jurnalistləri Qoruma Komitəsinin (CPJ) hesabatına görə, Meksika jurnalistlərə qarşı şiddət tətbiq olunan və bu cür hadisələrin ölümlə nəticələndiyi ən təhlükəli ölkələrdən hesab olunur. Ölkədə 2000-ci ildən bu yana 148 jurnalist qətlə yetirilib.  
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1416
avatar

Oxşar yazılar