Tailand hökuməti fevralın 1-dən etibarən vaksin olunmuş turistlər üçün karantini ləğv edəcək.
Lent.az-ın xəbərinə görə, məqsəd turizm sektorunu canlandırmaqdır. Omikron ştamına görə 1 ay əvvəl tətbiq edilmiş karantin turist sayının ciddi şəkildə azalmasına səbəb olub.
Ölkə daxilində yoluxmaların azalması da bu qərarın qəbulunu tezləşdirib. Son günlərdə sutkalıq yoluxma sayı mindən az olub, ölüm halları kəskin şəkildə azalıb.
Fevralın 1-dən etibarən ölkəyə gələnlər vaksin sertifikatı və mənfi nəticəli Covid-19 testi təqdim etməlidirlər. Ölkəyə gəldikdən 5 gün sonra isə təkrar test verilməsi məcburidir. Testlər otellərdə aparılacaq.