İranda növbədənkənar prezident seçkilərinin ikinci turu cümə günü keçiriləcək, seçki məntəqələri yerli vaxtla saat 08:00-da açılacaq.
Lent.az xəbər verir ki, bu barədə İran KİV məlumat yayıb.
Ölkədə seçkilərin nəticələrinin iyulun 6-da səhər saatlarında, bütün səslər hesablandıqdan sonra məlum olacağı gözlənilir.
Prezidentlik uğrunda 69 yaşlı islahatçı Məsud Pezeşkiyan və mühafizəkar Səid Cəlili mübarizə aparacaqlar.