Britaniyanın yeni kralı barədə ŞOK İDDİA:  "Drakula"nın nəslindəndir
18 sentyabr 2022 15:31 (UTC +04:00)

Britaniyanın yeni kralı barədə ŞOK İDDİA: "Drakula"nın nəslindəndir

Böyük Britaniyanın yeni kralı 73 yaşlı üçüncü Çarlz barəsində şok iddia ortaya çıxıb.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, iddialara görə, Çarlzın 15-ci əsrdə Ruminiya kralı olan üçüncü Vlad Tsepeşin nəslindəndir. Ruminiyanın Transilvaniya vilayətində doğulan üçüncü Vlad isə tarixə öz qəddarlıqları ilə damğa vurub.

Belə ki, o, Osmanlı sultanı Fateh ikinci Mehmetin göndərdiyi elçilərə zülmlər edib. Yazıçı Bram Stokerin 1897-ci ildə “Drakula” (Əjdaha) əsərini də məhz üçüncü Vladdan ilhamlanıb yazdığı deyilir. Yazıçı burada “Drakula”nı sanki vampir kimi göstərərək, qorxulu hekayələrdən bəhs edib.

İddia edilir ki, həmin kral üçüncü Vlad ilə yeni ingilis kralı Çarlz arasında qan bağlılığı ola bilər. Britaniyalı yazıçı David Huqes isə 2007-ci ildə qələmə aldığı “The British Chronicles” əsərində bu iddiaya daha da güc verib. Belə ki, yazıçı Çarlzın Ruminiyanın Transilvaniya əyalətinə getdiyini və burada “damarımda Transilvaniya qanı var” deməsini qeyd edib.

Yazıçının sözlərinə görə, Çarlz bu sözləri deyərkən çox məmnun və qürurlu olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3510
avatar

Oxşar yazılar