Britaniyada koronavirusun daha sürətlə yayılan növü  AŞKARLANDI
20 dekabr 2020 04:21 (UTC +04:00)

Britaniyada koronavirusun daha sürətlə yayılan növü AŞKARLANDI

Böyük Britaniyanın paytaxtı Londonda koronavirusun daha sürətlə yayılan növü aşkar edilib.

APA RİA Novosti-yə istinadən xəbər verir ki, bunu ölkənin baş həkimi Kris Yutti və hökumətin Tibbi məsələlər üzrə baş məsləhətçisi Patrik Vellans şənbə günü keçirilən mətbuat konfransında bildiriliblər.

Qeyd edilib ki, koronavirusun yeni variantı inanılmaz dərəcədə sürətlə yayılır.

Bu səbəbdən Baş nazir Boris Conson bazar günündən etibarən Londonda və ölkənin cənub-şərqində yeni - maksimum, dördüncü səviyyədə məhdudiyyətlərin tətbiq edilməsinə göstəriş verib.

Virusun bu bölgələrdən kənarda yayılmasının böyük risk olduğu vurğulanıb. 

Bu baxımdan Britaniya hökuməti məhdudiyyətlərin daha yumşaq tətbiq olunduğu bölgələrin sakinlərinin dördüncü səviyyəli bölgələrə girməsini qadağan edib, eyni zamanda əksinə, dördüncü səviyyəli bölgələrin sakinlərinin yaşadıqları ərazini tərk etməsi qadağan olunub.

Virusun yeni variantının, ilkin təxminlərə görə, əvvəlki ilə müqayisədə 70 faiz daha çox yoluxucu olduğu deyilsə də, öldürücü təsiri barədə heç bir fikir irəli sürülməyib.

# 1149
avatar

Oxşar yazılar

Dünyada ən təhlükəli nəqliyyat növü  budur

Dünyada ən təhlükəli nəqliyyat növü budur

28 mart 2024 , 16:57
DƏHŞƏT!  Yaşayış evi yandı, 3 uşaq həlak odu 

DƏHŞƏT! Yaşayış evi yandı, 3 uşaq həlak odu 

28 mart 2024 , 08:25
Apreldən qazın qiyməti  xeyli artacaq

Apreldən qazın qiyməti xeyli artacaq

28 mart 2024 , 06:51
Lotoreya oynadı, milyardlıq CEK-POT uddu 

Lotoreya oynadı, milyardlıq CEK-POT uddu 

28 mart 2024 , 01:30
İki kişi əlbir olub polisi soydu

İki kişi əlbir olub polisi soydu

27 mart 2024 , 20:39
Bu ölkədə 70 minə yaxın  dövlət qulluqçusu işdən çıxarılır

Bu ölkədə 70 minə yaxın dövlət qulluqçusu işdən çıxarılır

27 mart 2024 , 13:26
İranda daha bir polis öldürüldü  

İranda daha bir polis öldürüldü  

27 mart 2024 , 11:25
Bu ölkədə güclü zəlzələ oldu

Bu ölkədə güclü zəlzələ oldu

27 mart 2024 , 07:59