Böyük Çin Səddinin bir hissəsi
10 yanvar 2022 04:25 (UTC +04:00)

Böyük Çin Səddinin bir hissəsi

Böyük Çin səddinin bir hissəsi uçdu: TƏBİİ FƏLAKƏT...

Yanvarın 8-də Çinxay əyalətində baş verən zəlzələ nəticəsində Böyük Çin Səddinin iki metrlik hissəsi uçub.

Lent.az xəbər verir ki, bu barədə “Global Times” məlumat yayıb.

Bildirilib ki, divarın uçması zəlzələnin episentrindən 114 kilometr aralıda yerləşən Qansu əyalətinin şimal-qərbindəki Şandanda baş verib. Divarın bu hissəsi Min İmperiyası dövrünə (1368-1644) aiddir.

Zəlzələdən sonra səlahiyyətlilər səddin uçan hissəsinə baxış keçirib. Mütəxəssislər dayaqlar quraşdırıb, təmir-bərpa işlərinə başlayıblar.

Qeyd edək ki, Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə, zəlzələnin maqnitudası 6,3 bal olub. Yerli ekspertlərin sözlərinə görə, maqnituda 6,9 bal gücündə qeydə alınıb. 

Zəlzələ əhalinin az məskunlaşdığı bölgədə baş verib, lakin bəzi böyük şəhərlərin sakinləri bunu hiss ediblər. 

Xatırladaq ki, təbii fəlakət nəticəsində 9 nəfər xəsarət alıb, onlardan 8-i artıq xəstəxanadan evə buraxılıblar.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2004
avatar

Oxşar yazılar