BMT əməkdaşlarını öldürən 51 nəfər EDAM olunacaq
30 yanvar 2022 03:21 (UTC +04:00)

BMT əməkdaşlarını öldürən 51 nəfər EDAM olunacaq

Konqo Demokratik Respublikasında (KDR) hərbi tribunal 2017-ci ildə BMT-nin iki əməkdaşının qətlində təqsirli bilinən 51 nəfəri ölüm cəzasına məhkum edib.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, daha bir şübhəli şəxs 10 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, bu iş üzrə, həmçinin, iki təqsirləndirilən şəxsə bəraət verilib.

Xatırladaq ki, BMT-nin iki əməkdaşı - ABŞ və İsveç vətəndaşları 2017-ci ilin martında Konqonun Kasai əyalətində itkin düşüb.

Onlar bölgədə silahlı toqquşmalarda həlak olan insanların kütləvi məzarlıq yerlərini araşdırırdılar.

Ekspertlərin cəsədləri iki həftə sonra tapılıb. Rəsmi versiyaya görə, onlar yerli silahlılar tərəfindən öldürülüb.

Həmin ilin iyununda BMT Təhlükəsizlik Şurası qətlin qəsdən törədildiyini iddia etmişdi.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1395
avatar

Oxşar yazılar