İranda 5 bina uçub, dağıntılar altında qalanlar var.
Lent.az-ın xəbərinə görə, bu barədə ISNA məlumat yayıb.
Tehranda binalardan birinin sökülməsi zamanı təhlükəsizlik tədbirlərinə əməl edilməməsi səbəbindən 4 qonşu bina uçub.
Hadisə nəticəsində üç nəfər ölüb, 11-i yaralanıb.
Hadisə qanunsuz tikililərin sökülməsi zamanı baş verib.
Uçan binaların dağıntıları altından bir polis komandiri və bir zabit də daxil olmaqla üç cəsəd çıxarılıb.
Xilasetmə əməliyyatı davam edir.
Dağıntılar altında qalanların ümumi sayı müəyyən edilməyib.