Binada yanğın olub, 14 ölü var
24 may 2024 06:48 (UTC +04:00)

Binada yanğın olub, 14 ölü var

Vyetnamın paytaxtı Hanoyda yaşayış binasında güclü  yanğın baş verib.

Lent.az xəbər veirr ki, bu barədə Hanoydakı fövqəladə hallar xidmətinin nümayəndələri məlumat verib.

Hadisə nəticəsində 14 nəfər ölüb, 3 nəfər yaralanıb. 

Yanğı gecə saatlarında, təxminən 200 kvadratmetr torpaq sahəsində yerləşən iki beşmərtəbəli binadan ibarət yaşayış komplekslərində baş verib.

Alov binanın birinci mərtəbəsində yerləşən velosiped təmiri sexində baş verib.

Yanğınla mübarizədə 50-yə yaxın yanğınsöndürmə briqadası iştirak edib.

Yanğın tamamilə söndürülüb, zərərçəkənlər Hanoydakı tibb müəssisələrinə çatdırılıb, xilasedicilər axtarışlarını davam etdirirlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1671
avatar

Oxşar yazılar