Bəy spirtli içki almadığına görə toy günü öldürüldü
18 dekabr 2020 19:40 (UTC +04:00)

Bəy spirtli içki almadığına görə toy günü öldürüldü

Hindistanın Uttar-Pradeş ştatının Aliqarx şəhəri yaxınlığındakı kənddə bəy toy günü ölüb.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, nikah mərasimindən bir neçə saat sonra 28 yaşlı Bablu dostları ilə görüşüb.

Onlar həmin vaxt onsuz da kefli olublar, amma alkoqollu içkilərin olmamasından şikayətlənməyə davam ediblər və bəydən daha çox içki gətirməsini istəyiblər. Bablu imtina edərək onsuz da kifayət qədər içdiklərini əlavə edib. Dostlardan biri inciyərək onu bıçaqlayıb.

Bəyi xəstəxanaya aparsalar da, onun həyatını xilas etmək mümkün olmayıb. Hadisəyə görə əsas günahkar saxlanılıb, daha 5 nəfər isə aradan çıxıb. Polis onları axtarır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3049

Oxşar yazılar