Meksikada bələdiyyə sədri qaçırılıb.
Lent.az xarici KİV-ə istinadla bildirir ki, hadisə ölkənin Puebla əyalətinin Tepeyahualko şəhərində baş verib. Burada bir müddət əvvəl güclü meşə yanğınları olub. Ancaq iddialara görə, yerli bələdiyyə yanğınların söndürülməsi üçün lazımi tədbir görməyib.
Bundan hiddətlənən 100 nəfərlik qrup bələdiyyə binası önünə gələrək etiraz etməyə başlayıblar və sədrin istefasını tələb ediblər. Onlar görüşə gələn bələdiyyə məclis üzvləri və sədri qaçırıblar. Etirazçılar bələdiyyə sədri istefa etməyəcəyi təqdirdə onu və üzvləri yandırıb öldürəcəklərini bildiriblər.
Əyalət polisi isə adı çəkilən şəhərdə əməliyyat keçiriləcəyini və bələdiyyə sədrinin qurtarılacağını açıqlayıb.