Belçika polisi terror aktı hazırlamaqda şübhəli bilinən 7 nəfəri saxlayıb.
APA-nın məlumatına görə, bu barədə cümə axşamı ölkə prokurorluğuna istinadən “Belga” xəbər agentliyi məlumat yayıb.
Federal Prokurorluğun apardığı araşdırma zamanı Qərbi və Şərqi Flandriyanın bir neçə şəhərində doqquz axtarış aparılıb. Şübhəlilərin terror aktının yeri ilə bağlı dəqiq planları və məlumatı olmayıb, saxlanılmasına səbəb onların silah axtarışı olub.
Yeddi nəfərin hamısı İslam Dövləti terror qruplaşmasının tərəfdarıdır.
Daha sonra hakim bu iş üzrə qərarı elan edəcək. Həbs qərarı çıxarıldıqda, saxlanılanlar adam öldürməyə cəhd, terror fəaliyyətlərində iştirak və terror aktına hazırlıqda ittiham oluna bilər.