Belarusda “Azov” ərazi müdafiə alayı yaradılıb.
Lent.az-ın Ukrayna mediasına istinadla bildirir ki, bu barədə xalq deputatı Aleksey Qonçarenko məlumat verib. Onun sözlərinə görə, bu, Ukraynada Rusiyaya qarşı döyüşəcək ilk əcnəbi könüllülər dəstəsidir.
Qonçarenko qeyd edib ki, belaruslar Ukrayna uğrunda savaşacaqlar.
Onun sözlərinə görə, bu, belarus xalqının ukraynalılar üçün düşmən olmadığını sübut edəcək ən tutarlı arqumentdir.