Amerikalı iş adamı, “Tesla” elektrik avtomobil istehsalçısının rəhbəri İlon Mask ABŞ prezidenti Co Baydeni “kukla” adlandırıb.
Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, o, özünün “Twitter” səhifəsində yazıb: “Bayden insan formasında yaş corab kuklasıdır”.
Bundan əlavə, o bildirib ki, ABŞ prezidenti “amerikalıları axmaq kimi qəbul edir”.
Beləliklə, “General Motors” və “Ford” kimi Amerika şirkətlərinin ABŞ-da hər hansı digər ölkədən daha çox elektrikli avtomobil istehsal etdiyini ifadə edən Baydenin tvitinə reaksiya verib. Mask, Baydenin “Tesla”dan bəhs etməməsindən inciyib.
.