ABŞ və Ukrayna prezidentləri arasında telefon danışığı təhlükəsiz peyk telefonu ilə aparılır.
Lent.az-ın xəbərinə görə bu barədə CNN-ə adı açıqlanmayan Ağ Ev rəsmisi bildirib. Qeyd olunub ki, ABŞ telefonu Volodimir Zelenskiyə ötən ay çatdırıb. ABŞ həmin telefon vasitəsi ilə Ukrayna Prezidenti ilə müntəzəm əlaqə saxlayır.
CNN-in məlumatına görə daha əvvəl iki ölkənin rəsmiləri arasında təhlükəsiz kommunikasiya Kiyevdəki ABŞ səfirliyi vasitəsi ilə mümkün olub.
Təhlükəsiz mobil telefon V. Zelenskiyə ABŞ-la daimi əlaqə imkanı verir.
ABŞ bənzər peyk telefonunundan Ukraynanın xarici işlər naziri Dmitri Kulebaya da verib.