Bayden:  Putinin müharibədən çıxmaq imkanı yoxdur
10 may 2022 18:46 (UTC +04:00)

Bayden: Putinin müharibədən çıxmaq imkanı yoxdur

“Rusiya prezidenti Vladimir Putin müharibənin girovuna çevrilib – onun Ukrayna ilə müharibədən çıxış yolu yoxdur”.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Co Bayden  deyib.

Putini öz xeyrini bilən şəxs adlandıran Bayden qeyd edib ki, hazırda  onun bu vəziyyətdən çıxış yolu olmamasından narahatdır. Bayden əlavə edib ki, bununla bağlı nə edəcəyini anlamağa çalışır.

Qeyd olunur ki, Putin səhvən güman edib ki, Ukraynaya müdaxilədən sonra NATO və Aİ-də parçalana olacaq. Lakin ABŞ və bir çox Avropa dövlətləri Ukraynanın köməyinə gəlib.

Xatırladaq ki, Bayden bundan əvvəl NATO-nun birliyinin Putini şoka saldığını və onun Ukrayna ərazisində işğalçı ambisiyalarını həyata keçirə bilmədiyini bildirmişdi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2685
avatar

Oxşar yazılar