İkinci müddətə yenidən seçilmək istəyən ABŞ prezidenti Co Bayden özünü bütün dövrlərin prezidentliyə ən təcrübəli namizədi adlandırıb.
Lent.az xəbər verir ki, belə bir açıqlama ilə o, MSNBC-yə müsahibəsində danışıb.
Yaşının çox olmasına baxmayaraq, niyə özünü yenidən seçilməyə layiq hesab etdiyini soruşduqda, 80 yaşlı Amerika
administrasiyasının rəhbəri “Mən insanların böyük əksəriyyətindən daha çox şey bilirəm, bu vəzifəyə namizədliyi irəli sürülmüş hər kəsdən daha çox təcrübəm var” deyib.
ABŞ prezidentinin sözlərinə görə, o, “dürüstlüyünü və səmərəliliyini sübut etdiyinə” inanır.
ABŞ-da növbəti prezident seçkiləri 2024-cü ilin noyabrına təyin edilib.