Bayden oğlu haqqında - "Mən onunla fəxr edirəm"
12 iyun 2024 03:17 (UTC +04:00)

Bayden oğlu haqqında - "Mən onunla fəxr edirəm"

ABŞ prezidenti Co Bayden oğlunun məhkəmə tərəfindən təqsirkar bilinməsinə baxmayaraq onunla fəxr etdiyini bildirib.

Lent.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

“Keçən həftə dediyim kimi, mən prezidentəm, həm də atayam. Jill və mən oğlumuzu sevirik və onunla çox fəxr edirik” – deyə Bayden məhkəmənin hökmünə münasibət bildirib.

O həmçinin işin nəticəsini qəbul edəcəyini və hüquqi prosesə hörmətlə yanaşacağını deyib.

Qeyd edək ki, dünən münsiflər heyəti ABŞ prezidenti Co Baydenin oğlu Hanter Baydenin işi üzrə hökmü geri qaytarıb və onu silah alışında pozuntularla bağlı cinayət əməllərində təqsirkar bilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1890
avatar

Oxşar yazılar