Bayden bu şəxsin prezidentliyə namizədliyini  dəstəklədi
21 iyul 2024 22:39 (UTC +04:00)

Bayden bu şəxsin prezidentliyə namizədliyini dəstəklədi

Seçki yarışından geri çəkilən ABŞ prezidenti Co Bayden prezident seçkilərində Demokratlar Partiyasının namizədi olaraq vitse-prezident Kamala Harrisi dəstəklədiyini açıqlayıb.

APA xəbər verir ki, o, bununla bağlı öz şəxsi “X” hesabında paylaşım edib və bu qərarın, onun verdiyi ən yaxşı qərar olduğunu bildirib.

"2020-ci il seçkilərində partiyanın namizədi kimi ilk qərarım Kəmalə Harrisi vitse-prezident seçmək oldu. Bu, verdiyim ən yaxşı qərar idi. Bu gün partiyamızın bu il namizədi olaraq Kamalanı tam dəstəklədiyimi bəyan edirəm", - deyə Bayden bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3540
avatar

Oxşar yazılar