21:54 20 yanvar 2021

Bayden and içdi: ABŞ tarixində TAM FƏRQLİ MƏRASİM - FOTO - YENİLƏNİB

madeyra

ABŞ-ın yeni seçilmiş prezidenti Co Baydenin bu gün keçirilən andiçmə mərasimi sona çatıb.

APA-nın məlumatına görə, Baydenlə yanaşı, Kamala Harris vitse-prezident kimi and içib. 

Qeyd edək ki, mərasim Kapitoliya binasının pilləkənlərində baş tutub.

***

20:51

ABŞ-ın yeni seçilmiş prezidenti Co Baydenin bu gün andiçmə mərasimi keçirilir.

APA-nın məlumatına görə, Baydenlə yanaşı, Kamala Harris vitse-prezident kimi and içib.  

Andiçmə mərasimi Kapitoliya binasının pilləkənlərində təşkil olunub. Mərasimdə Ledi Qaqa ABŞ-ın himnini ifa edib.

Pandemiya səbəbindən mərasim ən qısa formatda və sosial məsafənin normalarına uyğun olaraq keçirilir. Andiçmə ilə əlaqədar ərazidə təhlükəsizlik tədbirləri gücləndirilib.

Hakimiyyəti yeni komandaya vitse-prezidenti Mayk Pens ötürüb. ABŞ-da 150 il sonra ilk dəfədir ki, hakimiyyəti əvvəlki prezident yeni seçilən prezidentə ötürməyib.

Qeyd edək ki, andiçmə mərasimində bir neçə saat əvvəl Donald Tramp və xanımı Melania Tramp Ağ Evi tərk ediblər. Onlar andiçmə mərasimində iştirak etməyiblər.

Xatırladaq ki, Demokratları təmsil edən yeni ölkə başçısı ABŞ-ın 46-cı prezidentidir.

# 10491
avatar

Oxşar yazılar